"Azadlıq prospekti" metrosunun çıxışında dəhşətli hadisə baş verib.

Hadisə şahidlərinin Milli.Az-a verdikləri məlumata görə, bir müddət əvvəl partlayış baş vermiş binada aparılan tikinti işləri zamanı bədbəxt olay yaşanıb.

Saat 14:30 radələrində həmin yarımtikilidə işçilərdən ikisi yıxılıb. Onlardan biri ölüb, digəri isə yaralanıb və xəstəxanaya aparılıb.

Niyaməddin Şirinov
Milli.Az