Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, Türkiyənin "Fənərbaxça" klubunun nümayəndəsi Dəniz Tolqa Aytörə klubun çempionatda iştirakdan imtina etdiyini bildirib.

Xatırladaq ki, aprelin 4-də klubun avtobusu silahlı hücuma məruz qalıb.

"İnsidentin təfərrüatları ortaya çıxmadan biz futbol oynamayacağıq. Belə şəraitdə oyunların keçirilməsi mənasızdır. Oyun üzündən insan həyatını təhlükəyə atmaq olmaz" - klub təmsilçisi bəyan edib. \

Qeyd edək ki, Türkiyə Superliqasında və ölkə Kubokunda oyunlar bir həftə müddətinə təxirə salınıb.

Milli.Az