Türkiyə PTT 1-ci Liqasında 26-cı turun oyunları keçirilib.

ANS PRESS-in məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovun komandası - "Boluspor" da növbəti matçına çıxıb.

Həmyerlimizin klubu doğma meydanda "Albimo Alanyaspor"la qarşılaşıb. Matç "Boluspor"un 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Vaqif matçın 59-cu dəqiqəsində meydana çıxsa da, komandasını məğlubiyyətdən xilas edə bilməyib.

Cavadov oyunun gedişi zamanı mükəmməl zərbə ilə yadda qalıb.

Qeyd edək ki, "Karşıyaka" hazırda 32 xalla turnir cədvəlinin 11-ci pillədə qərarlaşır.

Mənbə
ANS PRESS