Mingəçevir şəhərində intihar hadisəsi baş verib.
 
Mingəçevir Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Üzeyir Hacıbəyov küçəsi ev 2 ünvanında qeydə alınıb.
 
Rayon sakini, 1968-ci il təvəllüdlü Elşad Məhəmməd oğlu Məmmədov yaşadığı ünvanda özünü asaraq intihar edib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Milli.Az