[ 06 Aprel 2015 13:19 ]



Bakı – APA. Futzal üzrə milli komandamız beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, yığmamız bu məqsədlə aprelin 22-dən 24-dək Moldovada olacaq.

 

Baş məşqçi Tino Perezin komandası Kişinyovdakı turnirdə 2 oyun keçirəcək. Millimiz aprelin 23-də Yunanıstan, ertəsi gün isə Moldova yığması ilə qarşılaşacaq.

 

Qeyd edək ki, milli komandamız sentyabrın 15-də və 22-də Avropa çempionatının pley-off mərhələsində iştirak edəcək.