Mobil telefonlar üçün hazırlanan "aa" oyunu insanların diqqətinə səbəb olub.

ANS PRESS-in məlumatına görə, "Android" platformasında ən çox yüklənən oyun proqramı olan "aa" hətta Whatsapp-ı da keçməyi bacarıb.

Bu oyun asanlıqla sizdə asıllıq yaradır. "aa" oyunu bəzən sizin sinirlərinizə də təsir edə bilər. Oyunda məqsəd öz ətrafında dövr edən bir dairəyə sayılı çubuqları bir-birinə dəymədən sancmaqdır.

Oyunda hər etapı keçdikcə dairənin dövretmə sürəti artmağa başlayır və daha da çətinləşdirir.

"aa" oyununda etapları tək-tək keçmək istəmirsinizsə, təxminən 4 manat ödəməlisiniz. Bu yolla bu etapları açmış olursunuz.















Mənbə
ANS PRESS