Azərbaycan-Rusiya dövriyyəsində rekord göstərici
Bu barədə Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Palatasının sədri Eldar Tlyabiçev bildirib.
Onun sözlərinə görə, 2014-cü ildə iki ölkə arasında əmtəə dövriyyəsi 4 milyard dolları bir qədər ötüb. 2013-cü ildə isə bu göstərici 3,5 milyard dollar həcmində olub.
E.Tlyabiçev qeyd edib ki, 2015-ci ildə Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsinin artırılması üçün hər hansı hədəf planka yoxdur, lakin dövriyyənin daha da artırılması və əməkdaşlığın yeni istiqamətlərinin öyrənilməsi məqsədləri var.
O deyib ki, bu il istər dövlət səviyyəsində, istərsə də birgə biznes müəssisələri çərçivəsində bir sıra müştərək tədbirlərin keçirilməsi nəzərdə tutulub.
Rusiya nümayəndəsinin sözlərinə görə, 2015-ci ilin ilk yarısında Rusiyada ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə komissiyanın 15-ci iclası keçiriləcək: “Bu, əməkdaşlığın bütün sahələrini əhatə edəcək mötəbər tədbir olacaq. Məhz hökumətlərarası komissiya çərçivəsində əməkdaşlığın perspektiv istiqamətləri müzakirə olunur və problemli məsələlər öz həllini tapır".
Həmçinin may ayında aqrar sənaye sərgisi çərçivəsində Rusiyanın İqtisadi İnkişaf Nazirliyi və İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə Dövlət Agentliyinin dəstəyi ilə Bakıya kənd təsərrüfatı texnikası və avadanlıqları üzrə rusiyalı istehsalçıların biznes missiyası gələcək. Sərgidə Stavropol diyarı ayrıca stendlə təmsil olunacaq.
O, qeyd edib ki, bundan başqa, hazırda bir sıra rəhbər şəxslərin və ayrı-ayrı biznes missiyaların səfərinə dair danışıqlar gedir: "Həmçinin bu ilin iyununda Peterburq Beynəlxalq iqtisadi forumunda Azərbaycan nümayəndə heyətini də görməyi ümid edirik". Mənbə
Trend
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35