Ukraynanın "Futbol 1" və "Futbol 2" telekanallarının direktoru Aleksandr Denisov bildirib ki, icmalçı Sergey Panasyuk futbol oyunu zamanı həyatını itirib.

Milli.Az Day.Az-a istinadən bildirir ki, xəbəri Footballua.tv yayıb.
 
Mənbənin məlumatına görə, Panasyuk futbol meydanında olarkən özünü pi hiss edib. 29 yaşlı icmalçıya süni nəfəs verib, ürəyini masaj ediblər, amma jurnalisti xilas etmək mümkün olmayıb.

Ukrayna çempionatının 18-ci turunun bütün oyunları sükut dəqiqəsi ilə başlayacaq.

Milli.Az