Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsindən (DRİ) deyiblər.
DRİ-dən bildiriblər ki, Radiomonitorinq şöbəsinin mütəxəssisləri paytaxtın bəzi yaşayış məntəqələrində və Abşeron yarımadasında Bakı teleqülləsindən yayımlanan TV və FM kanalların elektromaqnit sahəsinin gərginliyinin təhlilini aparıblar.
Ölçü işləri Sumqayıt şəhərində, Bilgəh, Maştağa, Binə, Mərdəkan, Zuğulba, Şüvəlan, Ələt, Qobustan, Pirallahı və s. qəsəbələrin yaşayış massivlərində aparılıb.
Qeyd edək ki, ölçü işləri qrafikə əsasə, hər rüb aparılır. Əldə edilən məlumatlar əvvəlki göstəricilərlə müqayisə edilir.
Milli.Az