Qol.az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, "sarı-lacivərdli" komandanı daşıyan avtobus stadiondan ayrıldıqdan az sonra silahlı basqına məruz qalıb.
Nəticədə avtobusun sürücüsü ağır yaralanıb və yaxınlıqdakı xəstəxanaya çatdırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.
Qeyd edək ki, "Rizə" - "Fənərbağça" oyunu qonaqların 5:1 hesablı qələbəsi ilə başa çatıb.
Videonu izləmək üçün şəklə klikləyin.
Milli.Az


