[ 05 Aprel 2015 04:39 ]



Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində hazırda  fəaliyyət göstərməyən təmir tikinti idarəsinə məxsus ümumi sahəsi 300 kv.m olan  köhnə anbarın içərisində 100 kv.m sahədə istehsalat tullantıları yanıb. Yanğından anbarın qalan hissəsi mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.