İstanbul, 5 aprel , AZƏRTAC
Türkiyədə ən böyük neft emalı zavodu olan “Petrol və Kimya Holdinq” anonim şirkətinin (PETKİM) qurulmasının 50-ci ildönümü münasibətilə İzmirdə konsert keçirilib.
Konsertdən əvvəl PETKİM-in baş direktoru Sadettin Korkut, “SOCAR Türkiyə” şirkətinin baş direktoru Kənan Yavuz və İzmir bələdiyyəsinin sədri Əziz Kocaoğlunun çıxışları olub. Çıxışlarda PETKİM-in Türkiyənin sosial - iqtisadi həyatında rolu yüksək dəyərləndirilib, Azərbaycan Respublikasının bu neft emalı zavoduna sərmayə qoymasının strateji əhəmiyyətindən bəhs edilib.
Konsertdə xalq artisti Əlixan Səmədovun və əməkdar artist Tünzalə Ağayevanın ifaları musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul


