Nyu-Yorkda keçiriləcək beynəlxalq avtosalon ərəfəsində “Kia” şirkəti sedan “Optima”-nın yeni nəslinin ilk şəkillərini dərc etdirib. 
 
Şəkildən göründüyü kimi, yeni “Kia Optima”-nın dizaynı bu ay Cenevrə avtosalonunda göstərilmiş universal konsept “Sportspace”-ə bir çox cizgiləri ilə bənzəyir. 
 
Milli.Az auto.az-a istinadən bildirir ki, radiator barmaqlığını, bir qədər “çəp” fənərləri, böyük bamperi və üç bucaqlı havaçıxıntılarını qeyd etmək lazımdır. 
 
“Kia”-nın qeyri-rəsmi informasiyasına əsasən, yeni “Optima” geniş mühərriklər qamması, daha geniş interyer, premium sinfinə aid opsiya və hazırki modeldə olmayan bir çox müasir texnologiyalar alacaq. 
 
Qeyri-rəsmi məlumatlara görə, ABŞ-da yeni nəsil sedan yeni “Hyundai Sonata” ilə eyni mühərrik alacaq – 1,6-litrlik və 2,0-litrlik turbomühərrik, o cümlədən 2,4-litrlik “atmosferli” mühərrik. 
 
Milli.Az