"Real"ın müdafiəçisi Rafael Varan mövsümün sonunda komandadan ayrılacaq.
 
Qol.az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, oyun praktikasının azlığından əziyyət çəkən fransalı futbolçunun Madrid klubundan ayrılmaq istədiyi bildirilir.
 
Əsas heyət uğrunda mübarizədə Pepe Serxio Ramosa uduzan Varanla Avropanın bir sıra klubları yaxından maraqlanır. "Çelsi"nin baş məşqçisi Joze Mourinyo da 21 yaşlı futbolçunu komandasında görmək istəyir. Fransa millisinin üzvünün yeni mövsümdən karyerasını hansı komandada davam etdirəcəyi maraq doğurur.
 
Qeyd edək ki, Varan cari mövsüm La Liqanın 19 oyununda forma geyinib.

Milli.Az