Bu gündən etibarən Avropa Oyunlarının biletləri paytaxtın 8 məntəqəsində satışa çıxarılıb.
ANS TV-nin məlumatına görə, Avropa Oyunlarının açılış mərasiminə biletlərin qiyməti 20 manatdan 200 manatadək, bağlanış mərasiminə isə 10 manatdan 100 manatadək təşkil edir. Seçmə mərhələdə oyunlara biletlərin qiyməti 2-3, final görüşləri zamanı isə 3-5 manat dəyərində olacaq.

Bəs biletlərin qiymətinin kifayət qədər əlverişli olması qara bazarın fəaliyyətinə rəvac verməyəcəkmi? Bu sualın cavabını Avropa Oyunları Əməliyyət Komitəsinin bilet satışı şöbələrinin rəhbəri Miryam Boqatay bu cür şərh edib.

“Bu tendensiya dünyanın bir çox ölkələrində yaşanır. Lakin biz biletlərin qara bazarın əlinə keçməməsi üçün qoruyucu elementlərdən istifadə etmişik. Bunun üçündə bu konferensial məlumatları açıqlamaq olmaz. Bu sirri açan şəxlərə isə yüksək məbləğdə cərimə təbiq olunacaq. Ümimilikdə 600 min bilet satışa çıxarılacaq. Açılış mərasiminə isə 40 min bilet satışa çıxarılacaq”.

Avropa Oyunları zamanı bir nəfər şəxsiyyəti təsdiq edən sənədlə birgə açılış və bağlanış mərasimlərinə 8, yarışlara isə maksimum 6 bilet əldə edə bilər. Yaşı 16-dan az olan şəxslər əksər yarış məkanlarına pulsuz giriş əldə edə biləcəklər. Bu zaman doğum haqqında şəhadətnamənin və valideyn nəzarərtinin olması şərtdir. Yalnız Heydər Əliyev adına İdman Arenası və Milli Gimnastika Arenasında keçirilən yarışlar istisnalıq təşkil edəcək. Belə ki, 16 yaşadək şəxslər üçün biletlər 1 manat olacaq. Bundan əlavə fiziki qüsurlu şəxslər də, əlilliyi təsdiq edən sənədlə yarışları pulsuz izləmək imkanı qazanacaq.

Mənbə
ANS-TV