Şəkinin Qoxmuq kənd sakinləri bir neçə il bundan əvvəl bələdiyyədən aldıqları torpaqları sənədləşdirə bilmirlər. Səbəb isə sakinlərdən əlavə ödəniş tələb olunmasıdır.
"Kanal S" (Region TV) xəbər verir ki, Şəkinin Qoxmuq kəndində 30-a yaxın sakin bələdiyyədən pulla aldıqları torpağa sahib çıxa bilmir. 2007-ci ildə 10 sot torpaq aldığını və ümumilikdə bunun üçün 400 manat ödədiyini deyən müsahibimiz Ramil Məmmədov indiyədək bu torpağı öz adına sənədləşdirə bilmədiyini deyir. Ötən müddət ərzində kəndin bələdiyyə sədri dəyişib. Yeni rəhbərlik isə torpaqların sənədləşməsi üçün hər sota görə sakinlərin əlavə ödəniş etməli olduqlarını deyir.

Digər müsahibimiz Zaur Məmmədov isə 2013-cü ildə hər sot üçün 70 manat ödəməklə 6 sot torpaq alıb. İndi o, torpağı sənədləşdirmək üçün hər sot üçün əlavə olaraq 80 manat ödəməlidir. Kənd bələdiyyəsindən faktı təsdiqlədilər. Əlavə ödəniş tələb olunması qanuna edilən dəyişikliklə əlaqələndirildi.
Hər halda, qanun qanundur və ondan yan keçmək olmaz. Görünən odur ki, sakinlər yeni qanunda nəzərdə tutulmuş vəsaiti ödəmədən torpaqları sənədləşdirə bilməyəcəklər. Əks təqdirdə ilkin olaraq ödədikləri vəsait geri qaytarılmaqla torpaq onların əlindən alınacaq.Milli.Az