Bakının Sabunçu qəsəbəsində əvvəllər mədəniyyət klubu kimi fəaliyyət göstərən binada yanğın başlayıb.
APA-nın məlumatına görə, əraziyə 5 yanğınsöndürmə və təcili tibbi yardım briqadaları cəlb olunub. Yanğının söndürülməsi istiqamətində iş aparılıb.
 
Qeyd edək ki, 2 mərtəbəli klub hazırda fəaliyyət göstərmir. İlkin məlumata görə, müəyyən yaşayış yeri olmayan şəxslər binanın birinci mərtəbəsində gecələyirlər. Onların qızınmaq məqsədilə binada qaladığı ocağın yanğına səbəb olduğu ehtimal olunur.

Milli.Az