Tovuzdakı balıqartırma təsərrüfafatında hər il milyonlarla balıq yetişdirilib Kür çayına buraxılır.
"Hazırda balıqlar qışlama dövründədir. Aprel-may aylarında buradakı balıqlar böyük nohurlara köçürülərək, Kür çayına buraxılır. Hər il olduğu kimi, bu il də 8-10 milyon balığın Kür çayına buraxılması nəzərdə tutulub".
TTV (Region TV) xəbər verir ki, Təsərrüfatda əsasən, iki növ - çəki və çapaq balıqları yetişdirilir.
Balıqartırma təsərrüfatının baş balıqşünası Eldar Quliyev: "Körpə balıqların çəkisi ilə bağlı mütəmadi olaraq yoxlama aparılır. Çəkisi ,ölçüsü yoxlanılır. Çəkiləri 5, 7, 10 qram olduqda Şəmkir su anbarına buraxılır".
İndi yetişdirdiyi balıqların bir hissəsini Şəmkir su anbarına buraxan təssərrüfat elə anbarla bir vaxtda - 1991-ci ildə yaradılıb. O vaxt yeni inşa olunan Şəmkir su anbarı Kür çayının qabağını kəsib, sonra balıqçılıq sahəsinə dəyən ziyanı ödəmək üçün bu təsərrüfat yaradılıb ki, burada süni yolla balıq yetişdirilsin. Hazırda burada hər birinin sahəsi 33 hektar olmaqla, 4 nohur var. Nohurlarda Kürün suyundan istifadə edilir. Bundan əvvəl isə dezinfeksiya işləri aparılır.
Eldar Quliyev: "Nohurlar qurudulduqdan sonra nohurun biri yay ayında quru saxlanılır. Meleorasiya işləri aparılır. Kanalları əhənglənir, şumlanır və su ilə doldurulur".
Müshibim deyir ki, indi nəsilartırma dövrü olduğu üçün bu aylarda balıqların ovlanması məqsədəuyğun deyil.
Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.

Milli.Az
Videonu izləmək üçün şəkilə klikləyin.
