Müasir dizayn və arxitektura sahəsində ən nüfuzlu institutlardan biri olan London Dizayn Muzeyi (Design Museum) ilin ən yaxşı memari layihələrini seçib. ANS PRESS-in məlumatına görə, siyahıya ilin ən yaxşı 15 binası daxil olub. Siyahıda Paris, Şanxay, Sidney kimi şəhərlərdə inşa edilən binaların adları yer alıb.

Siyahıda Türkiyədən Emre Arolatın layihəsi də var. Sancaklar məscidi öz fərqli dizaynı ilə diqqət cəlb edir. İstanbul Böyükçekməcə gölünə baxan və meyili ərazidə yerləşən məscid üstdən demək olar ki, ancaq divarlar şəklində görünür.

Dünyadakı nadir modern ibadət binası nümunələrindən olan Sancaklar məscidi 2013-cü ildə də Dünya Memamrlıq Festivaında "ən yaxşı dini ibadət ocağı" mükafatını qazanmışdı.

Qeyd edək ki, məscid Məhəmməd Peyğəmbərə (s.ə.s) ilk vəhy gəldiyi Hira mağarasından ilham alınaraq tikilib.













Mənbə
ANS PRESS