Aprelin 4-də Azərbaycan rayonlarında gecə və səhər bəzi yerlərdə duman olacaq. Gün ərzində bəzi qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 4-9, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 0-4 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, aprelin 4 və 5-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, 4-də gündüz arabir güclənən gilavar küləyinin 5-də güclü xəzri küləyi ilə əvəz olunacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlada narahatlıq hissi yarada bilər.