Ağstafa sakininin evində qanunsuz saxlanılan odlu silah aşkarlanıb

Kəpəz TV (Region TV) xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağstafa rayon sakini, əvvəllər məhkum olunan 41 yaşlı Samir Babayev qanunsuz odlu silah - tapança saxladığına görə tutulub. Əməliyyat tədbirlərinin davamı olaraq onun rayonun Dağkəsəmən kəndindəki evindən "Naqan" tipli tapança və 4 ədəd patron da aşkar olunaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Milli.Az