Yasamalda məskunlaşan azyaşlıların sahibi tapıldı (VİDEO)
Bir neçə gün öncə “İnşaatçılar” metro stansiyasının yanındakı bina evlərinin həyətində olan istilik borularının üzərində yatmış 4 azyaşlı uşaq aşkarlamışdı.
Bina sakinlərinin sözlərinə görə, həmin 4 azyaşlı uzun müddətdir ki, bu ərazidə avtomobillərin şüşələrini silməklə, yerli camaata müxtəlif xidmətlər göstərməklə öz çörək pullarını çıxarırdılar.
Şahidlərin dediyinə görə, az yaşlılar onlara heç kimlərinin olmadığını, səfil həyat sürdüklərini bildirib. Amma bina sakinləri onların artıq pis vərdişlərə yiyələndiklərini sübut edən telefona çəkilən video görüntüləri bizə təqdim etdilər.
Kadrlarda az yaşlılardan birinin yapışqan iylədiyinin şahidi olduq. Bir neçə saatdan sonra Yasamal Rayon Polis İdarəsində öyrəndik ki, həmin 4 azyaşlı tutularaq bölməyə gətirilib və dindirilib. Sonra isə Uşaq Sığınacaq Mərkəzinə aparılıb.
Uşaq Sığınacaq Mərkəzinin rəhbəri Kəmalə Ağazadə isə bildirdi ki, həmin 4 azyaşlı ilk dəfə özlərini kürd kimi təqdim edib. Amma sonra məlum olub ki, onlar Qazaxın kürd məhləsi adlı yaşayış məskənində qohumları ilə qalır. Artıq onların əmisi tapılıb və uşaqlar aidiyyəti üzrə ona təhvil verilib.
“Bu cür uşaqları əksəriyətinin ya ataları həbsdədir, ya anaları vəfat edib, ya da tərk ediblər. Bura gələn uşaqların sayı 4 yox 6 nəfərdir. Onlar gündüzlər küçələrdə dilənir, avtomobillərin şüşələrini silirlər. Biz onlarla danışıq aparan zaman onlardan biri özündə deyildi, yapışqan iyləmışdi. Bu cür uşaqlar qapalı tipli müəssisələrdə qalaraq reabilitasiya olunmalıdırlar”, – deyə Kəmalə Ağazadə vurğulayıb.
Hazırda baş verən bu kimi hallara qarşı dövlət tərəfindən hansı tədbirlərin və işlərin görüldüyünü öyrənmək məqsədilə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsilə əlaqə saxladıq. Komitədən bildirdilər ki, bu kimi hallarla rastlaşdıqda həmin uşağın aşkarlanması və onun valideyinlərinin tapılması istiqamətində işlər aparılır. Valideyini və ya yaxınları tapıldıqdan sonra isə aidiyyəti üzrə təhvil verilir. Amma bu kimi halların baş verməsinin səbəbi müxtəlif amillərdən qaynaqlanır.
“Risk qrupuna daxıl olan bəzi ailələr var. Buna tək valideynli ailələri misal göstərmək olar. Belə ki, valideyin işləyir, işilə bağlı uşağına nəzarət edə bilmir. Nəticədə isə uşaq nəzarətsiz qalır. Özəlliklə bu kimi hallar komitə tərəfindən ciddi bir şəkildə araşdırılır. Komitə ola bilər aidiyyəti qurumlarlarla birlikdə həmin valideynlərə maddi yardım göstərsin, ola bilər uşaqlar üzərində nəzarət gücləndirsin. Ümumiyyətlə ailənin vəziyyətinin yaxşılaşdırılması istiqamətində komitə çalışır ki, adiyyəti qurumlarla birlikdə ailəyə köməklik göstərək”, – deyə komitənin əməkdaşı Pərviz Əliyev fikrini açıqlayıb.
Aparılan araşdırmalar göstərir ki, azyaşlıların və yeniyetmələrin bu yolu seçmələrinin səbəbi, əsasən ailələrdə baş verən sosial problemlər, məişət zorakılığı, valideyinlərdən birinin olmaması və natamam tərbiyənin nəticəsidir.
Bunun üçün də əsasən maarifləndirmə işləri aparılmalıdır. O ki qaldı, bizim balaca qəhrəmanlarımıza, ümid edək ki, onların valideyinləri və yaxınlar bundan sonra daha diqqətli olacaq və azyaşlıların özbaşına evlərini tərk etməməsi üçün öz valideyin borcunu layiqincə yerinə yetirəcək.
Mənbə
ANS-TV-Orxan Mahmudoğlu
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51