Keçən ay qətlə yetirilən rusiyalı siyasətçi Boris Nemtsov qızı ilə "Thirty Seconds to Mars"ın konsertinə gedəcəkmiş.

Axşam.az-ın Rusiya mediasına istinadən məlumatına görə, o, Dina ilə özü üçün ölümündən qabaq konsertə bilet alıb. 22 martda baş tutan şouya Dina atasının ölümünə görə getməyib. O, atası olmadan konsertə getmək istəməyib. Gənc qızın anası Yekaterina Odintsova biletləri İnstaqram səhifəsindəki təqibçilərindən birinə hədiyyə edərək yazıb:

"Dina sevimli atası olmadan tədbirə getməyi bacarmadı".

Lakin bir neçə gün sonra Dinanın ad günündə anası ona qrupun məşhur üzvü Jared Letonun restoranlardan birində baş tutan şousuna aparıb. Hollivud ulduzu Dinanı səhnəyə çıxararaq onu təbrik edib. Onlar Jaredi evlərinə qonaq da dəvət ediblər.

Nemtsovun ailəsinin qonağı olan J.Leto onlarla selfi çəkərək sosial şəbəkədə paylaşıb.