[ 02 Aprel 2015 16:33 ]



 

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Fərrux Zeynalovun cinayət işi üzrə məhkəmə başa çatıb.

 

APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, Fərrux Zeynalov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, Fərrux Zeynalov münaqişə zəminində Elçin Dəmirovu bıçaqlayaraq qətlə yetirib.

 

İstintaqla məlum olub ki, hadisə zamanı Elçin Dəmirov Fərrux Zeynalovun idman etdiyi parkda bir qızla öpüşüb. Fərrux ona qızla öpüşməsinə irad tutub. Bu da onlar arasında münaqişəyə səbəb olub.