Hacı Nuran elçi oldu (FOTO)
ANS PRESS-in Bakı Avropa Oyunları əməliyyat qrupuna istinadən verdiyi məlumata görə, “Bakı-2015” Birinci Avropa Oyunlarının Ulduz Elçilər komandasına yeni qoşulan tanınmış şəxsin adını açıqladı. Bu, məşhur televiziya aparıcısı və xeyriyyə layihələrinin müəllifi olan Nuran Hüseynovdur.
Nuran Hüseynov xeyriyyəçilik mövzusunda televiziya verilişləri vasitəsilə sağlam həyat tərzinin təbliği üçün gördüyü işlərlə daha çox Hacı Nuran kimi tanınır. İdmana böyük marağı var və 13 il üzgüçülüklə və 2 il şahmatla məşğul olub.
Nuran Hüseynovun komandaya qatılması ilə “Bakı-2015”in mədəniyyət sahəsindən seçilən Ulduz Elçilərinin sayı 15-ə çatdı.
Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015”in baş icraçı direktoru cənab Azad Rəhimov Nuran Hüseynovu Birinci Avropa Oyunlarının son Ulduz Elçisi kimi salamlamaqdan məmnun olduğunu bildirib: "Nuran Azərbaycanda tanınmış jurnalistlərdəndir və öz tamaşaçılarının böyük rəğbətini qazanıb. O, Ulduz Elçi olaraq “Bakı-2015”in dəyərlərini təbliğ etməyə kömək edəcək. Nuran “Bakı-2015” komandası üçün layiqli sima və mükəmməl seçimdir”.
Nuran Hüseynov müğənnilər Tünzalə Ağayeva, Röya, Miri Yusif, Avroviziya mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camal, aktyorlar Bəhram Bağırzadə, Rafael və Coşqun, Tahir və Cabir İmanovlar, musiqiçi DJ Shock, eləcə də, tanınmış aparıcılar Murad Dadaşov, İlkin Həsəni və Azər Qəribdən sonra növbəti Ulduz Elçi oldu.
Bu barədə Nuran Hüseynov aşağıdakıları bildirdi: “İlk Avropa Oyunlarının Ulduz Elçisi seçildiyim üçün qürur hissi duyuram. İdman hər zaman məni ruhlandırıb, idmanın insanları bir araya gətirməyə və sağlam həyat tərzini təlqin etməyə yardımçı olduğuna inanıram.
“Çətinlikləri dəf etmək həyatın bir hissəsidir və idmançılar həyatlarının hər gününü fədakarlıq və öhdəliklə yaşayırlar. Gəncləri idmana cəlb etmək üçün çalışacağam, burda iştirak etməyin yarada biləcəyi imkanları və digər üstünlükləri təbliğ edəcəyəm”.
Ulduz Elçilər proqramı Birinci Avropa Oyunları haqqında məlumatları ulduzların məşhurluğundan istifadə edərək, onların çağırışı iləAzərbaycan və Avropadakı tamaşaçı kütləsinə çatdırmağa “Bakı-2015”ə şərait yaradır.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10