Milli.Az qol.az-a istinadən xəbər verir ki, oyunun fasiləsində paltardəyişmə otağına gedən dəhlizdə iki komandanın futbolçuları arasında dava düşüb.
Əlbəyaxa olan futbolçulardan birinin qabırğası qırılıb və onu xəstəxanaya aparıblar. Hər iki komandanın futbolçularına sərt cəza verilib. "Vittoriya"nın futbolçuları 36, Paterno"nun üzvləri isə 23 oyunluq diskvalifikasiya olunublar. Eyni zamanda komandalara texniki məğlubiyyət verilib.
Qeyd edək ki, davadan sonra ikinci hissədə meydana çıxmaq üçün futbolçu sayı yetərli olmadığından, oyun dayandırılıb.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.

