ATV-də yayımlanan “Səs verməyin!” verilişinin növbəti hədəfi aktrisa Xuraman Əlizadə olub
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, verilişin formatına uyğun olaraq mindən çox səs toplayan qonağın başına rəngli su və un tökülür.

1002 səs toplayan X.Əlizadə təəccübünü gizlətməyib:

"Tamaşaçılardan bu səsləri gözləmirdim. Düşmənim yoxdur. Yəqin, bəzi sevməyənlərim var, mənə gülmək istəyirdilər, ona görə səs göndərdilər. Heç vaxt belə vəziyyətdə qalmamışdım. Amma mənim üçün xoşdur".

Qeyd edək ki, verilişin aparıcısı əməkdar artist Dilarə Əliyevadır.

Milli.Az






Videonu izləmək üçün şəklə klikləyin.
фото