Lent.az-ın məlumatına görə, deputatın atasının vəzifədən getməsinə səbəb icra hakimiyyətlərində həyata keçirilən struktur islahatlarıdır. Y. Osmanov Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışırdı. Bundan başqa, o, rayon İH-nin aqrar məsələlər şöbəsinə rəhbərlik edirdi.Millət vəkili Ceyhun Osmanlının atası Yunus Osmanov vəzifəsini itirib
Belə ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Y. Osmanovun adı rayon icra başçısı yanında Şuranın da siyahısından çıxarılıb. Fakt İcra Hakimiyyətindən təsdiqlənib.
Milli.Az xəbər verir ki, millət vəkili atasının işdən çıxarılmasına aydınlıq gətirib.
O, AzNews.az-a bildirib ki, islahatlarla bağlı verilən sərəncam hər hansı şəxslə bağlı deyil, bütün Azərbaycan rayonlarında icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinlərinin hər birinə şamil olunub:
“Azərbaycanda bütün sahələr üzrə, o cümlədən aqrar sektorda islahatlar gedir. Bu baxımdan Azərbaycanın bütün rayonlarında icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavin vəzifəsi ləğv olunub. Bu, aqrar islahatların tərkib hissəsidir. Atam da da aqrar məsələlər üzrə vəzifə daşıdığına görə vəzifəsini itirib. Mən bunu çox normal qarşılayıram”.
C.Osmanlı bu sərəncamı alqışladığını bildirib.
Millət vəkili inanır ki, atası Yunus Osmanov bundan sonra fəaliyyətini öz ixtisası üzrə davam etdirəcək.
Qeyd edək ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Bu üzdən də Y. Osmanov vəzifəsindən uzaqlaşdırılıb.
Milli.Az