[ 02 Aprel 2015 10:48 ]



Bakı. Fuad Cəfərov – APA. Bakıda naməlum kişi meyiti tapılıb.

 

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Salatın Əsgərova küçəsində qeydə alınıb.

 

Yol kənarında naməlum, tüfeyli həyat tərki keçirən  kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında meyitə baxış keçirilib və onun üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

 

Hazırda meyitinin şəxsiyyətinin və ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.