Axşam.az Rusiya mətbuatına istinadən xəbər verir ki, keçmiş prezidentin qızı Tatyana Yumaşeva oğlunun və onun qazandığı medalın şəklini sosial şəbəkədə paylaşaraq yazıb:
“Çox sevinirik – Qleb daun sindromlu insanlar arasında keçirilən Avropa çempionatının qalibi oldu və qızıl medal qazandı. Meksikada keçirilən dünya çempionatında isə yeddincidir. Bu, onun ilk beynəlxalq qələbəsidir”.


