Bakı. 2 aprel. REPORT.AZ/ Sakit okeanın şimal-qərb hissəsində yerləşən Oxot dənizində Rusyaya məxsus "Dalni Vostok" adlı gəmi batıb.
"Report"un İnterfax-a istinadən verdiyi məlumata görə, hadisə zamanı gəmidə 132 nəfər olub. Onlardan 8-ini ölüm xəbəri təstiqlənib. Daha 25 nəfəri xilas etmək mümkün olub.
11 gəminin cəlb olunduğu xilasetmə əməliyyatı davam etdirilir.