BDU Fransa universiteti ilə tədqiqatçı və doktorantların mübadiləsini aparacaq
Universitetin elmi-təqiqat və tədris laboratoriyaları ilə başlayan görüş dəyirmi masa arxasında davam etdirilib. Tədbiri açan universitetin rektoru, akademik Abel Məhərrəmov təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə reallaşan səfərin əhəmiyyətindən danışıb, cari ilin 27 ferval tarixində Parisdə baş tutmuş "Azərbaycan Günü" tədbirinin davamı olan bu səfərin Azərbaycan və Fransa ali təhsil müəssisələri arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, tələbə və müəllim mübadiləsi, birgə proqramların həyata keçirilməsi imkanlarını genişləndirəcəyinə əminliyini ifadə edib.
Dəyirmi masada Bakı Dövlət Universitetinin elmi istiqamətləri, elmi məktəblər barədə danışılıb və qonaqlara nanotexnologiya, bioekologiya, kimya, biotexnologiya, iqtisadiyyat, filologiya, ekologiya, turizm və digər elmi istiqamətlər barədə məlumat verilib. Eyni zamanda Erasmus-Mudnos prqramının Nizami layihəsi haqqında fikir mübadiləsi aparılıb.
Sonra Fransanın Ruen Universiteti ilə Bakı Dövlət Universitet arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilədə iki qurum arasında tədqiqatçı və doktorantların mübadiləsi, professor və müəllim heyətinin elmi sahədə ixtisaslarının artırılmasına qarşılıqlı yardım, birgə elmi rəhbərlər, “ikili diplom”, qabaqcıl inkişaf metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, ikitərəfli elmi istiqamətlər və qarşılıqlı maraq doğuran layihə və proqramlarda tərəflərin iştirakı nəzərdə tutulur. İmzalanma mərasiminən sonra çıxış edən rektorlar – Abel Məhərrəmov və Cafer Özkul müqavilənin işlək olacağına və yaxın gələcəkdə hər iki universitetə fayda verəcəyinə əminiliklərini bildiriblər.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq BDU-nun Fizika fakültəsində TEMPUS proqramı çərçivəsində Fransanın Paris 13 Universiteti ilə ECONANO adlı post-magistr proqramı üzrə kadr hazırlığına başlanmışdır. Fransa ilə ali təhsil və elmi-tədqiqat sahəsində əməkdaşlığı gücləndirmək və əlaqələri koordinasiya etmək məqsədi ilə BDU-da Fransa Mədəniyyət Mərkəzinin yaradılması nəzərdə tutulur.
Xatırladaq ki, Bakı Dövlət Universiteti ilə Fransanın Sorbonna I, III və IV Universitetləri, Nitsa Sofiya Antipolis Universiteti, eləcə də Şərq Dilləri və Sivilizasiyaları Milli İnstitutu (İNALKO) arasında qarşılıqlı maraq doğuran sahələr üzrə ikitərəfli əməkdaşlıq əlaqələri mövcuddur.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51