Bakının dərman problemi
ANS PRESS-in məlumatına görə, bu il fevralın 1-dən martın 31-dək Bakı şəhər əhalisinin 30 faizi tibbi müayinədən keçib. Müayinədən keçən əhali arasında xəstəlik aşkarlanması 10 faiz təşkil edib. Aşkar olunan xəstəliklər arasında 16 faiz qan dövranı, 13 faiz həzm sistemi, 12 faiz əsəb sistemi xəstəlikləri üstünlük təşkil edib. Xəstəlik aşkar olunmuş posientlər əlavə olaraq müayinə müalicəyə cəlb ediliblər. Belə xəstələrin 4 faizi hospitalizasiya olunub, qalanları isə ambulator müayinəyə götürülüb.
Ötən ilin dekabrında baş tutan aylıq çərçivəsində isə respublika üzrə 5 milyon 240 min əhali tibbi müayinələrdən, o cümlədən Bakı şəhəri üzrə 1 milyon 250 min əhali tibbi müayinələrdən keçib. Müayinələrdən keçmiş əhali arasında 10%-ə yaxın xəstə aşkarlanıb. Bu xəstələr müayinələrə cəlb olunub, digərləri isə dispanser qeydiyyata götürülüb.
Statistik rəqəmlər bu kimi tədbirlərin əhalinin sağlamlığının profilaktikası baxımından mühüm olduğunu bir daha sübut edir. Bu onu göstərir ki, ölkə üzrə ciddi xəstəliklər qeydə alınmayıb, eyni xəstəliklər 10 fazi göstəricidə qalıb. Aylıq çərçivəsində Səhiyyə Nazirliyi ötən ildə olduğu kimi, bu ildə də ölkənin müxtəlif bölgələrinə tələbat olduğu halda tibbi heyət də göndərib.
Xüsusilə vurğulamaq lazımdır ki, əvvəllər müəyyən xəstəliklərin müayinəsi və müalicəsi üçün xəstələr mütləq paytaxta üz tuturdularsa, bu gün regionlarda yaşayan əhalinin keyfiyyətli tibbi xidmətlərlə tam səkildə təmin olunması üçün veni müəssisələr yaradılır. Təkcə son illərdə bölgələrdə 20-ə yaxın yeni diaqnostika-müalicə mərkəzi, son on ildə isə təqribən 500-dən çox tibb müəssisəsi tikilib və ya təmir olunub.
Bəs bu gün ölkəmizin dərman preparatları ilə təminat, bölgələrə göndərilən dərman preparatlarının keyfiyyəti ilə bağlı vəziyyət necədir?
Paytaxtda və ölkənin Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Şamaxı, Lənkəran, Şəki, Xaçmaz, Qazax, Sabirabad, Bərdə, digər şəhər və rayonlarda yaradılan regional satış bazaları ən müasir saxlama və çatdırılma vasitələri, avadanlığı ilə təchiz olunmaqla əczaçılıq bazarında ticarətin təşkilinin ən qabaqcıl üsullarını tətbiq edilir.
Səhiyyə Nazirliyindən bildirilib ki, ölkəyə dərman preparatları xüsusi lisenziyaya malik olan şirkətlər tərəfindən gətirilir. Bunun üçün əvvəldən tender élan olunur. Tenderin qalibi élan edilən şirkət lazım olan dərman maddələrini gətirir və sahibkarlar həmin şirkətlərdən alıb özəl apteklərə paylayır. Amma imtiyazlı xəstələr üçün dərmanlar bölgələrdə Səhiyyə Nazirliyinin İslahatlar Mərkəzi tərəfindən gətirilir və çatdırılır. İstər dövlət, istərsə də sahibkarlar tərəfindən gətirilən dərmanların hər birinin keyfiyyəti nazirliyin Dərman Vasitələri Analitik Ekspertiza Mərkəzi tərəfindən yoxlanılır.
Ümumiyyətlə, paytaxta, bölgələrə, aptekə göndərilən dərmanların keyfiyyətində seçim aparılmır. Çünki ölkəyə gətirilən dərman vasitələrinin hamısının keyfiyyəti yoxlanılır. Apteklərdən əlavə, stasionar qaydada müalicə olunan, yaxud imtiyazlı xəstələrə də dərmanlar paylanılır. Bu gün ehtiyacı olan imtiyazlı xəstələrə 166 adda dərman verilir.
Paytaxtda, regionlarda, eləcə də sosial şəbəkələrdə vətəndaşlar dərman bazarında çox ciddi problemlər yaşandığını və həblərin vahid qiymətə satılmadığından, ayrı-ayrı apteklərin hərəsi bir qiymət qoymasından gileylidir: “Dərman gətirən bir neçə şirkət tabeçiliyində olan apteklərə çox ucuz həblər verir. Digər apteklər isə o dərmanları həmin şirkətlərdən, nisbətən, baha qiymətə alırlar. Nəticədə, rəqabət zamanı müstəqil apteklər sıradan çıxır. Bu isə dərman bazarındakı vəziyyəti pisləşdirir.”
Onların fikrincə, Azərbaycanın dərman bazarında xeyli keyfiyyət parametrləri aşağı olan, istehsal yeri müəmmalı həblər mövcuddur. Qeyd olunan məsələlərdə tənzimlənmə mexanizmi olmasa, dərman bazarında vəziyyət daha da çətinləşəcək. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04