Böyük Britaniyanın baş naziri Devid Kemeronun porno ulduz Kim Kardaşyanla qohumluq əlaqələri var.

ANS PRESS-in məlumatına görə, bu haqda baş nazir özü Heat jurnalına müsahibəsində danışıb.

Məsələnin üstü "Kardaşyan Ailəsi" şousuna baxdığı barədə Kemerona verilən sual vaxtı açılıb.

Suala mənfi cavab verən baş nazir qeyd edib ki, Kardaşyana qohumluğu çatır.

The Daily Telegraph yazıb ki, Kardaşyanın və Kemeronun ümumi əcdadı 1555-ci ildə doğulmuş Uilyam Spensor sayılır.

Mənbə
ANS PRESS