Azərbaycanda da sevilərək izlənilən Kanal D-nin ən uğurlu layihələrindən biri "Ben Bilmem Eşim Bilir"in əyləncəli aparıcısı İlker Ayrık verilişi haqda danııb. ANS PRESS-in məlumatına görə, o yaxınlarda məşhur verilişin Azərbaycana aid hissəsinin olacağını da deyib.

Aparıcının sözlərinə görə, ilk konsept olaraq "Ben Bilmem Eşim Bilir - Məşhurlar" ortaya çıxıb. "Belə fikir uzun zaman öncədən var idi. yeni ildə etdik və uğurlu oldu. Bu bir konseptdir. "Ben Bilmem əzizim bilir", "Ben Bilmem Eşim Bilir - Qürbətçilər", "İxtiyar Dəlikanlılar" və "Annem Bilir" kimi bölümlər hazırlamışdıq. Çox yaxında "Azərbaycan" konsepti ilə tamaşaçı qarşısında olacağıq".

Lakin verilin aparıcısı verilişin hansı formatda olacağını açıqlamayıb.

İ.Ayrıq adıçəkilən yarışın 3 ili tamam olmasada 260 maşın verdiklərini deyib. Onlardan 3-ü lüks olub. Bundan başqa yarış iştirakçılarından biri ev, biri balayı istirahəti və sairə hədiyyələr qazanıblar.
Mənbə
ANS PRESS