Bənzərsiz səsə və əvəzsiz ifaçılıq bacarığına malik xanəndə
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan muğam ifaçılığı sənətində elə xanəndələr olub ki, illərin sınağından keçən bu qədir-qaim mirası unudulmağa qoymayıb, əksinə ona yaradıcı yanaşaraq, yeniliklər gətirərək gənc nəslə öyrədib, bildiklərini şərəflə təbliğ edib.
Belə sənətkarlardan biri də bu gün anadan olmasının 154-cü ili tamam olan Cabbar Qaryağdıoğludur.
AZƏRTAC xəbər verir ki, Cabbar Qaryağdıoğlu XIX əsrin ikinci yarısında yetişən və musiqi tariximizdə ən görkəmli rol oynayan sənətkarlardandır. Xalqın içərisindən çıxmış bu sənətkar özünün bütün mənalı həyatını klassik Azərbaycan musiqisinin inkişafına sərf edib. Ömrünün 60 ilini xalqdan öyrəndiyi və topladığı 500-dən artıq mahnın işlənərək gələcək nəsillərə təqdim ötürülməsinə sərf edən xanəndə bütün zamanların ən görkəmli ifaçısı kimi tarixə düşüb.
Azərbaycanın xalq artisti Cabbar Qaryağdıoğlunun görkəmli xanəndə, bəstəkar, musiqi xadimi kimi yetişməsində doğulub boya-başa çatdığı Şuşa mühiti böyük rol oynayıb.
Şərqin vokal sənəti tarixində, geniş xalq kütlələri arasında Cabbar Qaryağdıoğlu ilə müqayisə edilə biləcək ikinci bir müğənni yoxdur. Onun adı dünya vokal sənətinin bir sıra görkəmli sənətkarlarının adları ilə yanaşı çəkilir. Onu milli xalq musiqimizin canlı tarixi, ensiklopediyası da adlandırırlar.
Xanəndənin ifa etdiyi "Heyratı", "Ovşarı", "Şahnaz", "Qatar", muğamları musiqi xəzinəmizin ən qiymətli inciləridir.
Azərbaycanın musiqi tarixində əvəzsiz xidmətləri olan Cabbar Qaryağdıoğlunun adı bu gün də böyük məhəbbətlə çəkilir. Onun sənətinin sirləri gənc xanəndələrə öyrədilir. Ölməz sənətkar Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından olub.
Görkəmli muğam ustasının xanəndəliklə yanaşı şairliyi də olub, sözlər də yazıb, bəstəkar kimi mahnılar da qoşub.
Cabbar Qaryağdıoğlu 1944-cü il aprelin 20-də vəfat edib, Fəxri xiyabanda dəfn olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56