Gəncədə gələn il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, eləcə də Xocalı faciəsinin anımı yeni abidə qarşısında keçiriləcək.

Kəpəz TV (Region TV) xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib. Şəhər rəhbərinin sözlərinə görə, abidənin qoyulacağı yer də müəyyənləşdirilib.  Gəncənin mərkəzində ucaldılacaq abidə xüsusi layihə əsasında inşa ediləcək. Yaxın vaxtlarda işlərə başlanılacaq və tez bir zamanda tikili təhvil veriləcək.

Milli.Az