[ 31 Mart 2015 12:00 ]



Bakı. Könül Kamilqızı – APA. Tanınmış seysmoloq, İlya Çavçavadze adına Gürcüstan Dövlət Universitetinin professoru Zurab Cavaxişvili və həmin universitetin əməkdaşı David Mikava AMEA Respublika Seysmoloji Xidmət Mərkəzində olublar.

 

Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən xəbərə görə, görüşdə birgə əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

 

Hər iki ölkənin sərhəd bölgəsində olan seysmik stansiyaların məlumatlarının fasiləsiz rejimdə mübadiləsi haqqında razılıq əldə olunub.