Rusiyada müxalif siyasətçi Boris Nemtsovu qətlə yetirməkdə şübhəli bilinən beş nəfərin işi sifariş qətl kimi araşdırılır.

ANS PRESS-in məlumatına görə, bu barədə Moskva şəhər məhkəməsinin müstəntiqləri bildiriblər.

İndiyədək müstəntiqlər qətlin sifariş olduğunu istisna edirdilər. Belə hesab olunurdu ki, Nemtsovun qətlində ittiham olunanlar, bu aktı siyasətçinin Məhəmməd (s.) peyğəmbərin karikaturalarını dərc etmiş “Charlie Hebdo” jurnalının müdafiəsinə qalxdığı üçün qisas olaraq törədiblər.

Xatırladaq ki, prezident Vladimir Putinə qarşı sərt çıxışları ilə fərqlənən Boris Nemtsov fevralın 27-də Moskvanın mərkəzində qətlə yetirilib.
Mənbə