"Fənərbaxça"nın yarımmüdafiəçisi Əmrə Bəlözoğlu millidəki karyerasını bitirib.Lent.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 35 yaşlı futbolçu AVRO-2016-nın seçmə mərhələsində Hollandiya ilə matç öncəsi (1:1) azarkeşlər tərəfindən etirazla qarşılanmasından sonra bu qərara gəlib.
Qeyd edək ki, Əmrə Bələzoğlu millinin əsas heyətində oynadığı 93 matçda 9 qol vurub.