Fransa güləşçisi Melonən Numonvi ilk Avropa Oyunlarında qələbə qazanacağına inanır
Paris, 30 mart, AZƏRTAC
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında Fransa 250 idmançı ilə təmsil olunacaq. Onların arasında 12 güləş ustası qələbə uğrunda mübarizə aparacaq. Ölkənin güləş federasiyası tanınmış idmançı, Olimpiya Oyunlarında, Avropa və dünya çempionatlarında dəfələrlə uğurlu çıxış edən Melonən Numonviyə daha böyük ümid bəsləyir.
1982-ci ildə Fransada anadan olan M.Numonvi kiçik yaşlarında güləşə böyük maraq göstərib. Ölkə daxilində keçirilən yarışlarda bu hündür boylu gəncin qələbə uğrunda inadkarlığı qısa zamanda məşqçilərin diqqətini çəkib və o, Fransanın gənclərdən ibarət yığma komandasının tərkibinə daxil edilib. Ona göstərilən etimadı çox keçmədən doğruldan gənc Melonən 2006-cı, 2007-ci, 2010-cu və 2013-cü illərdə keçirilmiş Avropa çempionatlarında ölkəsinin idman şərəfini inamla qoruyub və bu yarışlarda komandasına dörd bürünc medal qazandırıb.
“Banole” klubunun üzvü M.Numonvi dəfələrlə Fransa çempionatında uğurla çıxış edib. O, 2009-cu ildə Danimarkada keçirilən dünya çempionatında yunan-roma güləşi üzrə 84 kiloqram çəki dərəcəsində türkiyəli Nəzmi Avmuca üzərində inamlı qələbə qazanaraq ilk gümüş medalına sahib olub. Ötən il Daşkənddə keçirilən dünya çempionatı 32 yaşlı idmançının həyatında ən uğurlu hadisə kimi yadda qalıb. O, İranın güləş ustası Saman Təhmasibi üzərində inamlı qələbə ilə komandasına qızıl medal qazandırıb.
Hazırda Melonən Numonvi güləş üzrə kişilər arasında keçirilən yarışlarda dünya çempionatının qalibləri olmuş Danyel Robəndən, Patrise Muryedən və İvon Ryemedən sonra Fransanın dördüncü ən güclü güləşçisi hesab edilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35