Bakıda məktəblilər bıçaq davasına çıxıblar. Milli.Az xəbər verir ki, Xəzər rayonunun Binə qəsəbəsində orta məktəb şagirdi olan Elvin Bayramov məktəb yoldaşı Vüsal İsmayılova bıçaqla xəsarət yetirib. Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Bayramov saxlanılıb.
Xəzər rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, hər iki şəxs məktəbli olub. Onların bıçağa əl atmasına səbəb isə aralarında yaranmış mübahisə olub.