Ekspertlər: Yəməndəki böhran Səudiyyə Ərəbistanına məxsus enerji resurslarının daşınmasına təhlükə yaradır
"Husilərin hakimiyyətə gəlməsi Səudiyyə Ərəbistanının Yəmən sahilləri yaxınlığından keçən ensiz boğazlardan enerji resurslarının daşınma marşrutlarının təhlükəsizlik zəmanətlərinin dəyişməsi deməkdir". Bu barədə "Report"a Böhranlı Cəmiyyətlərin Öyrənilməsi Mərkəzinin baş analitiki Sergey Balmasov bildirib.
Onun sözlərinə görə, bu gün ər-Riyaddan Tehrana enerji resurslarının daşınmasına nəzarətin dəyişəcəyi təhlükəsi yaranır.
"Lakin Səudiyyə Ərəbistanı hökumətinin hərəkətləri Yəməndə hakimiyyətin tez dəyişməsinə mane olur və onu Naser dövründə olduğu kimi, yeni çoxillik müharibəyə sürükləyə bilər", - o vurğulayıb.
Bununla yanaşı, ekspert qeyd edib ki, Yəməndəki qeyri-sabitlik monarxiya rejimləri və Avropa İttifaqı üçün problemə çevrilir.
"Tanker marşrutlarının keçdiyi coğrafi əraziləri nəzərə alaraq, yəmənli üsyançılar lazım gəldikdə həmin əraziləri artilleriya atəşinə tutmaqla ən azı dünyada neftin qiymətini ciddi şəkildə artıra bilər", - o bildirib.
S.Balmasov qeyd edib ki, Yəməndəki vəziyyət ortamüddətli perspektivdə bütün Ərəbistan yarımadasında qeyri-sabitliyə səbəb ola bilər.
"Çoxmilyonlu yəmənli qaçqınlarla bir yerdə Səudiyyə Ərəbistanına yaraqlılar da keçə bilər, bu da Ərəbistan yaramadası ölkələrinin sabitliyini pozacaq. Səudiyyəlilər artıq şimal sərhədlərində "İslam Dövləti" yaraqlıları ilə problemlərlə üzləşib, onlar ölkənin şərq regionlarında və Bəhreyndə yaşayan müxalifyönümlü şiələrin də qarşısını almalıdır", - o bildirib.
Ərəb dövlətləri arasında hərbi-siyasi ittifaqın yaradılmasını şərh edən politoloq vurğulayıb ki, bunu ilk baxışdan İran əleyhinə olan, lakin reallıqda ərəb dünyasında liderliyin əldə olunmasına yönələn "Səudiyyə ərəb ittifaqı" adlandırmaq lazımdır.
"Bu qəbildən olan digər itifaqlar kimi, o da uzunmüddətli olmayacaq, çünki pul uzunmüddətli koalisiyalar üçün ən yaxşı vasitə deyil, bir düşmənə qarşı birləşmək isə ciddi xərclərin yaranmasına qədər yaxşıdır. Başqa sözlə, şəxsi ehtiyatların və düşmən potensialının lazımi dərəcədə dəyərləndirilməməsi faciəni yalnız tezləşdirə bilər", - ekspert qeyd edib.
İranın husilərin üsyanındakı iştirakı haqqında danışan politoloq qeyd edib ki, husi-şiə qruplaşmaları həqiqətən də İranın Yəməndəki "təbii" müttəfiqidir. Onların döyüş qabiliyyətini İran xüsusi xidmət orqanları son dövrdə "Hizbullah" hərəkatı vasitəsilə təkmilləşdirib.
Öz növbəsidə Ali İqtisadiyyat Məktəbinin ərəbşünası Leonid İsayev həmin fikirlə razıdır. Onun sözlərinə görə, İranın Yəməndəki "Ənsarullah" hərəkatına hər hansı bir silah yardımı göstərməsi və ya maliyyələşdirməsinin heç bir sübutu yoxdur. Ərəbşünas qeyd edib ki, husilər hərəkatı sırf regional xarakter daşıyır.
"Husilərin etiqad etdiyi Zeyd şiə cərəyanı İranda deyil, məhz bu regionda yaranıb. Zeydilik xalis Yəmən əqidəsidir və şimali Yəmən tarixi boyunca bu regiona məxsus olub", - ekspert bildirib.
Ərəbşünas qeyd edib ki, Yəmənin əsas problemi ondan ibarətdir ki, prezident hər zaman müxtəlif etnik qüvvələr və qəbilələr arasında pariteti qoruyub saxlamaqla ölkəni məharətlə idarə etməlidir.
"Mənsur Hadi qəbilə konfederasiyasının və Həşid qəbiləsinin rəhbəri olan Sadıq əl-Əhmərin tərəfini tutduğu andan bu tələyə düşüb. Mənsur Hadi əl-Əhmarın tərəfinə keçdiyi andan digər siyasi qüvvələr tərəfindən onlara yad olan, əl-Əhmər qəbiləsinə mənsub və onların sifarişlərini yerinə yetirən şəxs kimi qəbul olunmağa başladı. Bu, Yəməndə ümummilli dialoqun gündəliyində duran bütün əsas siyasi məsələlərin çıxılmaz vəziyyətə düşməsinə gətirib çıxardı", - o vurğulayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51