Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində kollegiya iclası keçirilib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, ölkədə "Sosial xidmət haqqında" qanuna uyğun olaraq, sosial xidmətlərin göstərilməsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təşkil olunur: "Ötən il ƏƏSMN-in sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə 28 QHT qalib gəlib. Ümumilikdə keçən il QHT-lər tərəfindən 31 layihə icra olunub ki, onlardan 30-u bilavasitə xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı olub. Həmin layihələr üzrə ümumilikdə 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub. Həmçinin icra olunan layihələr çərçivəsində ölkənin 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Könüllülər də daxil olmaqla 140 nəfərin çalışdığı bu mərkəzlərin sosial xidmət göstərdikləri 330 nəfərdən çox uşağın 20 faizi sağlamlıq imkanları məhdud uşaqlar olub".
Nazir qeyd edib ki, hazırda ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının ölçülməsi üçün mütərəqqi standartlar əsasında monitorinq və qiymətləndirmə sisteminin yaradılması vacib məsələlərdən biridir. Bununla əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə qeyd olunan standartların hazırlanmasına başlanıb. Eyni zamanda, cari ilin may-iyun aylarında Avropa İttifaqının "Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı" Tvinninq layihəsinin icrasına başlanacaq. Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacaq bu layihə ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsi üçün həmin ölkənin qabaqcıl təcrübəsindən istifadəyə şərait yaradacaq".
İclasda ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ötən il nazirliyin sosial sifarişlər üzrə müsabiqələrində qalib gələn layihələrin icrasının nəticələri ilə bağlı məlumat verib. Sosial xidmətlər üzrə layihələri icra edən ayrı-ayrı QHT-lərin rəhbərləri sosial sifarişlər üzrə müsabiqələrin nəticələrinə dair xüsusi təqdimatlarla çıxış ediblər, ayrı-ayrı təkliflər səsləndiriblər. Vurğulanıb ki, ƏƏSMN-in mərkəzi icra hakimiyyəti orqanı olaraq bu sahədə QHT-lərlə fəal əməkdaşlığı dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasında fəal əməkdaşlığın bariz nümunəsidir. İclasda bu istiqamətdə görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması üçün xüsusi bir konfransın keçirilməsi qərara alınıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51