Bakı, 30 mart, AZƏRTAC
On altı yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə son oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, futbolçularımız Portu regionunun yığma komandası ilə qarşılaşıb. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamızın qolunu Fərid Nəbiyev vurub.
Millimiz ilk iki oyunda meydanı məğlub tərk edib.