"Kəpəz"in prezidenti: "Yaxşı ki, yeməkdən fil çıxdığını deməyiblər"
Klubun bazasının yeməkxanasında futbolçuların yeməyindən siçan çıxması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirən M.Allahverdiyev bunun yalan olduğunu bildirib. Klub prezidenti bu xəbərlərin yayılmasında komandanı tərk edən 3 futbolçu -Vasif Məhərrəmov, Cavid Heydərov və Ramil Həşimzadənin rolunun olduğunu söyləyib: "Onlar mənə dedilər ki, yeməkxanada yemək yemirik. Bazanın yanında başqa bir yeməkxana var, dedim "gedin, orada yeyin". Sonra bildirdilər ki, həmin yeməkxanada bizə pis davranırlar. Təxminən 300 metr uzaqlıqda bir restoranı məsləhət gördüm və həmin futbolçular da yolun uzaq olduğunu bəhanə etdilər. Futbolçularımızdan ən çox maaş alanları onlar idilər. Komandanı belə vəziyyətdə atıb getmək nə deməkdir? Gəlib "Oynamıram, maaşımı artırın" desinlər, bu başqa məsələ. Amma bunlar yalan danışırlar. Yalan isə ayaq tutar, yeriməz".
"Kəpəz"in prezidenti bildirib ki, klub rəhbərliyi və məşqçilər də həmin yeməkxanada yemək yeyir: "Baş məşqçi Vidadi Rzayev də, məşqçilər də, mən də eyni yerdə yemək yeyirik. Bu cür məlumatı yaymaq ayıbdır. Belə bir şey olsaydı, aşpaz kordur ki, yeməyin içərisində olan siçanı görməsin?"
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
"Real"da Vinisiusun aqibəti bəlli oldu
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycanda nə qədər ev ipotekadadır?
Bu gün
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35