Azərbaycanda "Təhlükəsiz iş aylığı" elan edilib
Bununla bağlı müvafiq Tədbirlər Planının təsdiq edildiyini deyən xidmət rəisi "Təhlükəsiz iş aylığı"nın keçirilməsinin işçilər üçün sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına nail olunması, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsinin və əməyin mühafizəsi sahəsində mövcud nöqsanların aradan qaldırılmasının təmin edilməsi məqsədinə yönəldiyini bildirib: "Ümumdünya Əməyin Mühafizəsi gününün qeyd olunduğu aprel ayında Tədbirlər Planına əsasən Bakıda və respublikanın regionlarında əməyin mühafizəsi, işçi insanların həyat və sağlamlığının qorunması mövzusunda silsilə tədbirlər həyata keçiriləcək. Bu tədbirlər vasitəsilə işəgötürənlərin, eləcə də işçilərin, ümumən cəmiyyətin diqqətinin əməyin təhlükəsizliyi problemlərinin ciddiliyinə cəlb edilməsi nəzərdə tutulur".
Xidmət rəisi işəgötürənlər və işçilər arasında əməyin mühafizəsi ilə bağlı təbliğat-maarifləndirmə işlərinin aparılması üçün seminar-müşavirələrin, dəyirmi masaların, müxtəlif görüşlərin təşkil olunacağını qeyd edib: "Bununla yanaşı, istehsalat qəzası riski yüksək olan müəssisələrdə, xüsusən də mişar daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək qanunvericiliyinə, texniki təhlükəsizlik qaydalarına əməl olunması vəziyyətinin öyrənilməsi üçün sosial tərəfdaşların, aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə dövlət nəzarəti tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur. Nəticədə aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görüləcək".
F.Əlizadə Ümumdünya Əməyin Mühafizəsi günündə, yəni aprelin 28-də isə "Əməyin mühafizəsi profilaktikası mədəniyyətini birgə yüksəldək" mövzusunda konfransın keçiriləcəyini, tədbirdə əməyin mühafizəsi sahəsində ölkədə mövcud vəziyyətin və qarşıda duran vəzifələrin geniş müzakirə olunacağını bildirib: "Bundan öncə DƏMX tərəfindən ölkədə ilk dəfə olaraq ötən ilin sentyabrında "Təhlükəsiz iş həftəsi", daha sonra cari ilin yanvar-fevral aylarında "Təhlükəsiz iş ongünlüyü" keçirilib. Belə tədbirlər, ümumən Xidmət tərəfindən həm maarifləndirmə, həm də inzibati yönümdə aparılan işlərin müsbət nəticəsi olaraq, istehsalatla əlaqəli bədbəxt hadisələrin, bu hadisələr nəticəsində ölən və xəsarət alanların sayı kəskin şəkildə azalır. Məsələn, cari ilin yanvar ayında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 28,5 faiz, fevral ayında isə müvafiq dövrlə müqayisədə 2,6 dəfə azalıb. Belə hadisələr nəticəsində ölənlərin sayı bu ilin yanvar ayında 50 faiz azalıbsa, fevral ayında belə hadisələr nəticəsində ölüm halı ümumiyyətlə qeydə alınmayıb. Xəsarət alanların sayında da kəskin azalma özünü göstərib. Lakin bizim məqsədimiz odur ki, ümumiyyətlə, belə hadisələrin baş verməməsi üçün iş yerlərində səylər daha da artırılsın".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51