Şübhəli şəxs telefon mağazasını qarət edib
Bakıda telefon mağazasından oğurluq edilib.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, paytaxt sakini Hacıyev Ruslan Aydın oğlu Səbail Rayon Polis İdarəsi 39-cu polis bölməsinə müraciət edərək işlədiyi mağazadan mobil telefonun oğurlanması ilə bağlı məlumat verib.

Faktla bağlı polis bölməsində əməliyyat qrupu yaradılıb. 39-cu polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat zamanı cinayəti törətməkdə şübhəli bilinən, 1989-cu il təvəllüdlü Cəlilov Elçin İlqar oğlu saxlanılıb.

Faktla bağlı saxlanılan şəxs barəsində bölmədə toplanan materiallar araşdırılması üçün Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Milli.Az