Parisin tam mərkəzində Guerlain butikində La Petite Robe Noire ətirinə həsr olunmuş fotosərgi keçirilir.

ANS PRESS-in buro247.az-a istinadən verdiyi məlumata görə, məhz bu parfüm rəssam-fotoqraf Liu Bolini parlaq böyük rəsm installyasiyasını yaratmağa ilhamlandırıb.

İnstallyasiya müxtəlif variasiyalarda ətir barədə danışır: vintaj fotoları və videolayihələr. Məsələn, parfümeriya zalına düşmək üçün, müxtəlif tematik filmlərin yayımlandığı 3 ekrandan ibarət tağdan keçmək lazımdır.

Butikin girişində qızılgüllərdən ibarət divar var, divarda isə ətirlərin flakonları yerləşdirilib.

Sərgi 3 hissədən ibarətdir: tarixi - Avropa fotoqrafiya evi kolleksiyasından olan geyimlərin vintaj fotoları, müasir - (Liu Bolinin installyasiyası) və futuristik (Gobelins vizual incəsənət Məktəbinin tələbələrinin işlərinin toplusu).











Mənbə
ANS PRESS