Dünən Avropa çempionatının seçmə mərhələsinin H qrupunda V turun oyunları keçirilib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, yığmamızla bir qrupda yer alan milli komandalar da dünən üz-üzə gəliblər.

Qrup lideri Xorvatiya doğma meydanda Norveçi qəbul edib. Rəqibinə heç bir şans verməyən xorvatlar 3 xalı 5 qolla qazanıblar - 5:1.

Qrup ikincisi İtaliya isə səfərdə Bolqarıstanın qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə 2 dəfə fərqlənən komandalar meydanı 1 xalla tərk ediblər.

28 mart

“Avro-2016”nın seçmə mərhələsi, V tur

H qrupu

21:00. Xorvatiya – Norveç - 5:1
Qollar:
Brozoviç, 30 (1:0), Perisiç, 54 (2:0), Oliç, 66 (3:0), Tettey, 81 (3:1), Şildenfeld, 87( 4:1), Pranjiç, 90+3 (5:1)

23:45. Bolqarıstan - İtaliya - 2:2
Qollar:
Minev, 4-avtoqol (0:1), Popov, 11 (1:1), Miçanski, 17 (2:1), Eder, 84 (2:2)

 
S
Komandalar
O
Q
H
M
T-F
Xal
1.
Xorvatiya
5
4
1
0
15:2
13
2.
İtaliya
5
3
2
0
8:4
11
3.
Norveç
5
3
0
2
7:8
9
4.
Bolqarıstan
5
1
2
2
5:7
5
5.
Azərbaycan
5
1
0
4
4:11
3
6.
Malta
5
0
1
4
1:9
1

Milli.Az